Modern.az

Qazax jurnalist Qarabağda gördüklərini ölkəsində YAYDI

Qazax jurnalist Qarabağda gördüklərini ölkəsində YAYDI

Aktual

13 Sentyabr 2021, 16:58

Qazaxıstan Respublikasının rəsmi dövlət  qəzezi «Егемен Қазақстан» (Egemen Qazaqstan) Türk Şurası və iştirakçı dövlətlərin üzvləri və jurnalistlərinin Azərbaycanın düşməndən azad olunmuş torpaqlara səfəri barədə “Qarabağın mövcud durumu: yenidənqurma və inkişaf yolu” adlı geniş məqalə dərc edib. Qonaqlar bu səfər zamanı  Qarabağın bugünkü vəziyyəti ilə və ötən onilliklər ərzində erməni əsarətində qalarkən burada törədilən vəhşiliklərin şahidi olublar. Türkiyə, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Macarıstan, Serbiya, Bosniya və Hersoqovina, Şimali Makedoniyadan olan 20-dən artıq jurnalist Füzuli, Cəbrayıl, Ağdam, Şuşa və Gəncə şəhərlərinə 3 günlük səfər  çərçivəsində  həm də Azərbaycan dövlətinin azad olunmuş torpaqlarda aparılan quruculuq işləri ilə tanış olublar.

“Egemen Qazaqstan qəzetinin xüsusi müxbiri Meruet Burkitbayeva eyni zamanda  2020-ci ilin payızında başlayıb 44 davam edən Vətən müharibəsindən, düşmən üzərində qazandığımız qələbədən yazıb. Məqalədə qeyd olunur ki, qonaqlar ANAMA-nın iştirakı ilə ermənilər tərəfindən  basdırılmış minaların partladılması prosesində iştirak ediblər. Bu günə qədər erməni tərəfindən alınan qeyri-dəqiq xəritələrin əsasında və öz axtarışları nəticəsində zərərsizləşdirilən minalı sahələr barədə məlumat verilib.

“Hər dəqiqə hisss olunur ki, ərazilərin rekosntruksiyası  yolların inşası və yenidənqurulması ilə başlayır. Yolları isə minalardan və dağıntılardan hərbçilər təmziləyirlər. Bu işin əvvəlidir, sonra isə burada insanların yenidən köçüb yaşaması üçün hər cür şərait yaradılacaq. Həyat sönən yerlərə yenidən həyat qayıdacaq”- yazan müəllif, eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə qısa zaman çərçivəsində  istifadəyə verilən “Qarabağın hava qapısı” Füzuli aeroportundantəssüratlarını da qeyd edir. Və bildirir ki, azərbaycanlılar inanırlar ki, buralar yenə yerli camaatın və qonaqların üzünə açıq olacaq.

Məqalədə qonaqların Füzuli aeroportundan Azərbaycanın mədəniyyət  Mərkəzi Şuşa şəhərinə yol aldıqları, bu ərazilərdə ciddi  hərbi rejimin olduğu qeyd olunur. 

Məqalədən sitat: “Qarabağın ətəyindən uzanan yol  dəniz səviyyəsindən 1368 metr yüksəkdə yerləşən Şuşa qalasına gedir. Şuşa bir başqa aləmdir. Bizi əvvəlcə  Azərbaycan və Türkiyə prezidentlərinin  Şuşa deklarasiyasını imzaladıqları meydana apardılar. Çox qürurvericidir.  Biz burada Karvansaray və Xan sarayı kimi  tarixi və mədəni abidələrlə tanış olduq. Bizə dedilər ki, Şuşanın tarixi görünüşünü yenə özünə qaytaracaqlar. Burada bir daha əmin olduq ki, Şuşa  həqiqətən də türizm mərkəzi olmağa layiq bir diyardır. Özünün tarixi-mədəni görkəmi və təbiətin bəxş etdiyi gözəlliyi  ilə Şuşa Azərbaycanın şimvoludur. Ona görə də yerli adamlar  şəhəri “Azərbaycan mədəniyyətinin və incəsənətinin beşiyi adlandırırlar”.

Məqalədə  XVIII əsrdə düşmənlərdən qorunmaq üçün  Qarabağ xanı tərəfindən inşa olunan Şuşa qalası ilə də tanışlıqdan məmnun qaldıqları qeyd olunur. Sən demə, qazax dilində “Şuşa” sözü “təmiz hava” kimi tərcümə olunurmuş.

Məqalədə müəllifi qonaqların qədim Gəncə şəhərində 44 günlük savaş zamanı ermənilərin  dinc əhaliyə atdıqları bombaların partlaması nəticəsində  baş verən dağıntıları gördüklərini, 20 nəfər dinc sakinin həlak olduğunu da qeyd edib.

Ağdam rayonundakı təəsüratları isə Azərbaycan prezidentinin Ağdamdakı xüsusi nümayəndəsi Emin Hüseynovun məlumatları əsasında qələmə alıblar. “Siz şəhərdə geniş yenidənqurma işlərinin aparıldığının şahidisiniz. Biz yerli və beynəlxalq  təşkilatlarla yaxından əməkdaşlıq edirik”.
Prezidentin xüsusi nümayəndəsinin  regionda böyük işlər görüldüyü və Ağdamın  ölkənin müasir şəhərlərindən birinə çevriləcəyi barədə də söz açdığı bildirilir:

“Biz istəyirik ki, Qarabağı, o cümlədən də Ağdamı cənnətə çevirək.  Şəhərin əhalisinin sayı 100 minə yaxındır. Onun coğrafiyası da bu saya uyğun iki dəfə  dəyişəcək. Ağdamın özünün ərasizi 1,5 min hektardır. Azərbaycanın ən böyk 4-cü şəhərinə çevriləcək”.

Meruert Burkitbayevanın Egemen Qazaqstan”  qəzetində çıxan məqaləsi həm də bu gün Türk Şurası üzvlərinin və jurnalistlərinin bizim haqq işimizə verdikləri dəyər və sevgidir.

Meruert Burkitbayevanın yazdığı məqalə ilə bu linkdən tanış ola bilərsiniz:

//egemen.kz/article/288629-qarabaqtynh-bugingi-kelbeti-qayta-damu-men-dganhghyru-dgoly?fbclid=IwAR3vCQ3Lm7blKFixPYANb0I10t8X0RJZd4G7YQkDqLpByed_AfNkm873ZWo 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı