Modern.az

"TurAz Şahini - 2021" təlimləri davam edir - VİDEO

Aktual

13 Sentyabr 2021, 17:04

Türkiyə Respublikasının Konya şəhərində keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimlərində aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, təlimdə Vətən müharibəsində qazanılan təcrübə qardaş ölkənin hərbi pilotları ilə birgə təhlil olunaraq müxtəlif senarilər üzrə məşq etdirilir.

 

Senarilərə əsasən hərbi pilotlar tərəfindən qalxma və enmə, şərti hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı