Modern.az

“Qazaxlı Alik”in oğlu saxlanıldı

“Qazaxlı Alik”in oğlu saxlanıldı

Aktual

13 Sentyabr 2021, 18:50

“Qazaxlı Alik”in oğlu kimi tanınan sosial şəbəkə fəalı Fuad Muradov polis tərəfindən saxlanılıb. 

 

Modern.az xəbər verir ki, bu barədə hüquqşünas Aslan İsmayılov özünün “Facebook” hesabında məlumat paylaşıb:

 

“Bu gün ərizə ilə bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edildim və sübutlarımı təqdim etdim. Ərizə üzrə araşdırma davam edir. Fuad Muradov şübhəli şəxs kimi saxlanılıb və hal-hazırda adıçəkilən idarədədir”. 

  

Qeyd edək ki, F.Muradov “Qazaxlı Alik” kimi tanınan Alik Muradovun oğludur.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyev işində kritik qərar! Harada qalacaq? Daha kimlər tutulacaq?-