Modern.az

Çempionlar Liqasında qrup mərhələsi başlayır

Çempionlar Liqasında qrup mərhələsi başlayır

Aktual

14 Sentyabr 2021, 07:52

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.

 

Modern.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında 8 görüş baş tutacaq.

 

Günün ilk matçları F və G qruplarında keçiriləcək.

 

İngiltərənin "Mançester Yunayted" klubu İsveçrədə "Bazel"in qonağı olacaq. "Sevilya" isə İspaniyada Avstriya "Zaltsburq"unu sınağa çəkəcək. 

 

Gecənin ən maraqlı qarşılaşması E qrupunda olacaq.

 

İspaniyanın "Barselona"sı evdə Almaniyanın "Bavariya" klubu ilə üz-üzə gələcək. Bu qrupun digər oyununda Portuqaliya "Benfika"sı Ukraynada Kiyev "Dinamo"su ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

Turnirin son qalibi olan İngiltərənin "Çelsi" komandası H qrupundakı ilk sınağına Londonda çıxacaq.

 

"Zadəganlar" Rusiya təmsilçisi "Zenit"lə qarşılaşacaq. Bu qrupda keçiriləcək digər görüşdə İsveçin "Malmö" və İtaliyanın "Yuventus" klubları üz-üzə gələcəklər.

 

UEFA Çempionlar Liqası

 

Qrup mərhələsi, I tur

14 sentyabr

E qrupu

23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya)

 

23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya)

 

F qrupu

 

20:45. "Yanq Boyz" (İsveçrə) - "Mançester Yunayted" (İngiltərə)

 

23:00. "Vilyarreal" (İspaniya) - "Atalanta" (İtaliya),

 

G qrupu

 

20:45. "Sevilya" (İspaniya) - "Zaltsburq" (Avstriya)

 

23:00. "Lill" (Fransa) - "Volfsburq" (Almaniya)

 

H qrupu

 

23:00. "Çelsi" (İngiltərə) - "Zenit" (Rusiya)

 

23:00. "Malmö" (İsveç) - "Yuventus" (İtaliya)

 

Qeyd edək ki, ilk turun digər 8 oyunu sentyabrın 15-də keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı