Modern.az

Lerikli məktəblidən şəhidlərimizlə bağlı nümunəvi addım - FOTOLAR

Lerikli məktəblidən şəhidlərimizlə bağlı nümunəvi addım - FOTOLAR

Aktual

14 Sentyabr 2021, 08:45

Lerik Dövlət Rəsm Qalereyası və Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə şəhidlərə həsr olunmuş “Zəfər çələngi” mövzusunda sərgi açılıb.

 

Modern.az xəbər verir ki, sərgidə Arif Vəliyev adına 258 nömrəli tam orta məktəbin X sinif şagirdi İsayev Ayxan Elşən oğlunun hərbi-vətənpərvərlik mövzusunda dekorativ-tətbiqi sənət əsrlərindən ibarət əl işləri nümayiş olunur.


Gənc rəssam Ayxan İsayev Qarabağ savaşında şəhidlik zirvəsinə ucalmış 46 leriklinin adını əbədiləşdirmək üçün böyük məhəbbət və ehtiramla onların şəkillərini dekorativ üslubda, plastik çiçək və biserlərlə karton üzərində işləyərək gözəl sənət əsərləri yaradıb.

 

Sərginin təqdimatından sonra gənc rəssama diplom və hədiyyələr təqdim olunub.

 

Sərgi bir həftə davam edəcək. Burada nümayiş etdirilən sənət nümunələri sonda şəhid ailələrinə təqdim olunacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı