YAŞAT Fondunun Lerik rayon üzrə nümayəndəsi, YAP Lerik rayon təşkilatının fəal gənci, rayonun ictimai siyasi həyatında xüsusi fəallığı ilə seçilən Əlizamin Rzayev Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (QMƏVŞAİB) təsis etdiyi "Vətənpərvərlik işində xidmətlərə görə" medalı ilə təltif edilib.
Modern.az xəbər verir ki, medalı Ə.Rzayevə Lerik RİH-nin başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev və QMƏVŞA İctimai Birliyinin Lerik Rayon filialının sədri Veysəl Məlikov təqdim edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıblar. Bildirilib ki, bu təltif həmdə ümumilikdə Lerik gənclərinə verilən yüksək bir dəyərdir və diqqətdir. 44 günlük Vətən Müharibəsi dövründə Lerikin bütün gəncləri öz vətəndaşlıq missiyalarını layiqincə yerinə yetirməklə bir daha nümayiş etdirdilər ki, lerikli gənclər həmişə öz dövlətinin və dövlət başçısının ətrafında sıx birləşiblər.
YAP Lerik Rayon təşkilatının rəhbərliyi də rayonun fəal gənci Əlizamin Rzayevi təbrik edib ona yeni yeni müvəffəqiyyətlər arzulayıb.