Modern.az

Moldovadakı soydaşlarımız şəhidlərimizi andı

Moldovadakı soydaşlarımız şəhidlərimizi andı

Aktual

28 Sentyabr 2021, 14:15

 

Moldova Azərbaycanlıları Konqresinin üzvləri 27 sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizi yad ediblər.

 

Modern.az xəbər verir ki, Azərbaycanın Moldovadakı səfirliyi önündə toplaşan soydaşlarımız şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, anım güşəsinin önünə güllər düzüblər.

 

Tədbirdə çıxış edənlər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımıza inanılmaz sevinc və qürur hissi yaşatdığını bildiriblər.

 

Qeyd edilib ki, öz şücaəti ilə dünyanın hərb tarixinə adını yazan əsgər və zabitlərimizin fədakarlığı heç bir zaman unudulmayacaq, şəhidlərin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı