Modern.az

Boksçularımız dünya çempionatına HAZIRLAŞIRLAR

Boksçularımız dünya çempionatına HAZIRLAŞIRLAR

Aktual

29 Sentyabr 2021, 00:24

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib.

 

Federasiyadan Modern.az-a verilən məlumata görə, Boks Mərkəzində təşkil olunan məşqlər Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.

 

Toplanışa 20-dək boksçu dəvət edilib. Komandaya tezliklə millinin hərbçilərin dünya çempionatında mübarizə aparmış üzvləri də qoşulacaqlar. Mundial 13 çəki dərəcəsində keçiriləcəyindən məşqçilər korpusu yarışa 1 həftə qalmış heyəti müəyyənləşdirəcək.

 

Qeyd edək ki, oktyabrın 24-də start götürəcək dünya çempionatı noyabrın 6-dək davam edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı