Modern.az

İngiltərə premyer liqası İctimai TV-də yayımlanacaq

İngiltərə premyer liqası İctimai TV-də yayımlanacaq

Aktual

1 Oktyabr 2021, 13:55

Azərbaycan teleməkanında böyük tamaşaçı auditoriyasına malik, dünyanın ən baxımlı liqası sayılan İngiltərə premyer liqasının 2021/2022 mövsümünün qarşıdakı turlarının İctimai Televiziya ilə yayımlanması barədə razılıq əldə olunub.

 

İctimai Televiziya və Radio Yayımları Şirkətindən Modern.az-a verilən məlumata görə, anlaşmaya əsasən, hər turun 2 mərkəzi qarşılaşması İctimai Televiziya vasitəsilə canlı yayımda futbol azarkeşlərinə təqdim olunacaq.

 

Beləliklə, bu həftənin şənbə günü oktyabrın 2-si saat 15:30-da başlayacaq “Mançester Yunayted”-“Everton” oyunu ilə İngiltərə Premyer Liqası Azərbaycan teleməkanına qayıdır.

 

Bazar günü saat 19:30-dan isə futbol azarkeşləri “Liverpul”-“Mançester Siti” oyununu İctimai Televiziya vasitəsilə canlı izləyə bilərlər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı