Modern.az

Prokurorluq əməkdaşları təltif olunub

Prokurorluq əməkdaşları təltif olunub

Aktual

1 Oktyabr 2021, 15:40

Füzuli rayonunda Azərbaycan Prokurorluğunun 103-cü ildönümü  və  “1 oktyabr – prokurorluq işçilərinin peşə bayramı günü”  münasibətilə tədbir keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin iştirakı baş tutan tədbirdə YAP-ın Füzuli Təşkilatının sədri,  rayon prokurorluğunun əməkdaşları, hüquq –mühafizə orqanlarının rəhbərləri, ərazi icra nümayəndələri, idarə, müəssisə, təşkilat rəhbərləri, Füzuli Dövlət Dram Teatrının işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.


Tədbir iştirakçıları əvvəlcə Horadiz şəhərində ulu öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.


Sonra tədbir Füzuli Dövlət Dram Teatrında davam etdirilib. Tədbirə başlamazdan əvvəl Azərbaycan Respublikası ərazilərinin bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi  1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Bildirilib ki, prokurorluq işçiləri ölkəmizdə qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.

Rayon prokuroru Elnur Rüstəmov diqqətə çatdırıb ki, Füzulidə prokurorluqla digər hüquq-mühafizə orqanlarının əməkdaşlığı yüksək səviyyədədir. Qarşılıqlı əlaqə nəticəsində rayonda sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub.

Görüşün sonunda rayon prokurorluğunun bir sıra əməkdaşlarına Füzuli Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı