Modern.az

Qanunsuz sərnişindaşıma ilə məşğul olanlar cərimələndi

Qanunsuz sərnişindaşıma ilə məşğul olanlar cərimələndi

Aktual

1 Oktyabr 2021, 17:45

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxslərlə mübarizəyə başlayıb.

 

Modern.az xəbər verir ki, İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli AZƏRTAC-a açıqlamasında bildirib ki, son zamanlar aparılan müşahidələr xüsusilə Bakıətrafı kəndlərdən, metronun “Koroğlu” stansiyası istiqamətində, eləcə də Abşeron və Sumqayıtdan metronun “20 Yanvar” stansiyası istiqamətində sərinişindaşıma ilə məşğul olan mikroavtobusların fəaliyyətlərinin aşkarlandığını göstərir. İctimai nəqliyyatın fəaliyyətinə maneə yaradan belə hallara qarşı mübarizə tədbirləri həyata keçirilib.

 

Qeyd olunub ki, yol hərəkəti təhlükəsizliyinə ciddi təhdid yaradan belə hallara yol verilməməlidir. Belə addımlar ictimai nəqliyyatın rentabelliyinə təsir edir.

 

Həmçinin bildirilib ki, Binə Atıcılıq Mərkəzi istiqamətində qanunsuz sərnişindaşıma ilə məşğul olan üç mikroavtobus artıq xətdən uzaqlaşdırılıb və sürücülər barəsində lazımi tədbirlər görülüb. Həmin mikroavtobuslar 169A marşrut xətti üzrə hərəkət edən avtobuslara maneçilik yaradıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı