Modern.az

Bakının ticarət dövriyyəsinin həcmi artıb

Bakının ticarət dövriyyəsinin həcmi artıb

Aktual

1 Oktyabr 2021, 20:42

Bu ilin səkkiz ayında Bakıda ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 3,4 faiz artaraq 14 milyard 602,5 milyon manat olub.

 

Bakı Şəhər Statistika İdarəsindən Modern.az-a bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artaraq 7 milyard 428,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,4 faiz artaraq 7 milyard 173,8 milyon manata bərabər olub.

 

İstehlak məhsullarının 37,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 41,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı