Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin həbs edilməzdən əvvəl çəkdiyi videomüraciəti yayılıb.
Modern.az xəbər verir ki, video onun “Facebook” hesabında yerləşdirilib.
Müraciətdə Saakaşvili Tbilisidə olduğunu və həbs edilə biləcəyini deyir.
“Yəqin ki, məni indi Tbilisidə həbs edəcəklər, amma demək istəyirəm ki, heç nədən qorxmayın. Sabah seçki məntəqələrinə gedin, səs verin və biz qələbəni bir yerdə qeyd edəcəyik. Mən çox güclü və dözümlüyəm. Bura sizə yardım etmək üçün gəlmişəm”, - deyə müracitədə Saakaşvili qeyd edib.
Akif İsmayılov