Modern.az

Maşın dərəyə aşdı - 4 nəfər yaralandı

Maşın dərəyə aşdı - 4 nəfər yaralandı

Aktual

1 Oktyabr 2021, 22:20

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb.

 

Hərəkətdə olan "UAZ"markalı avtomobil idarə etməni itirib.Nəticədə avtomobil yoldan çıxaraq dərəyə aşıb.

 

Qəza zamanı 1980-ci il təvəllüldü Ceyran Tağıyeva, 1944-cü il təvəllüdlü Rza Tağıyev, 1981-ci il təvəllüdlü Eldar Tağıyev və 1991-ci il təvəllüdlü Kamil Quliyev xəsarət alıblar.

 

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı