Modern.az

Saakaşvilinin ukraynalı deputatla evləndiyi ortaya çıxdı

Saakaşvilinin ukraynalı deputatla evləndiyi ortaya çıxdı

Aktual

1 Oktyabr 2021, 23:28

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin yenidən evləndiyi məlum olub.

 

Modern.az xəbər verir ki, o həbs edildikdən sonra ukraynalı deputat Yelizaveta Yasko "Facebook" səhifəsində Saakaşvili ilə birlikdə qeydə alınan videomüraciət yayıb.

 

Videomüraciətdə Saakaşvili artıq onunla evli olduğunu bildirib: “Biz yeni həyat, yeni ailəyə başlayırıq... İstəyirik ki, hər kəs bizim vəziyyəti anlasın və bizə xoşbəxtlik arzulasın”.

 

Qeyd edək ki, Yasko Ukrayna parlamentinin deputatıdır.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...