Modern.az

Saakaşvilinin keçmiş həyat yoldaşı onun saxlanılması barədə danışdı

Saakaşvilinin keçmiş həyat yoldaşı onun saxlanılması barədə danışdı

Aktual

2 Oktyabr 2021, 00:19

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin keçmiş həyat yoldaşı Sandra Roelofs onun həbsinə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, Roelofs özünün "Facebook" səhifəsində yazıb:

 

"Sözünü tutdu. Sülhlə gəldi, bütün ölkəni gəzdi, hansı planla hərəkət edəcəyimizi bizə bildirdi və bütün bunlarla yanaşı hökumətin əsl simasını və sistemin pisliklərini göstərdi. Sabah onun qəhrəmanlığını və dahiliyini özünüz qiymətləndirin".

 

Qeyd edək ki, bu gün Saakaşvili Tbilisdə saxlanılıb. Gürcüstan Baş Prokurorluğu onun 6 il həbs edilə biləcəyini açıqlayıb.

 

Akif İsmayılov

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı