Azərbaycan televiziyalarında yeni mövsümlə bağlı bir çox dəyişikliklər olub. Xüsusilə “Space” TV-də canlanma hiss olunur. Bir sıra tanınmış aparıcılar və layihələr “Space”ə transfer olunub. Xeyli vaxt idi durğunluq dövrü keçirən bu kanal indi rəqiblərini ötüb keçməyə çalışır.
“Space” TV-nin redaktoru Könül Aypara Modern.az-a bildirib ki, telekanalın yeni rəhbəri Müşfiq Hətəmov öz işini bilən, peşəkar kadrdı. O, Müşfiq Hətəmovun rəhbərliyə gəlişindən sonra telekanalda bir canlanma yarandığını qeyd edib. Deyib ki, tamaşaçılar yeni mövsümdə “Space” TV-də bir sıra yeniliklərin şahidi olacaq, maraqlı verilişlər izləyə biləcəklər.
“Space” TV-nin rəhbəri Müşfiq Hətəmov isə yeniliklərlə bağlı Modern.az-a anons verib:
““Space” TV yeni mövsümə bir çox yeniliklərlə gəlir. Yeni layihələr üzərində çalışırıq. Yaxın günlərdə ictimaiyyətə geniş açıqlama veriləcək”.
Fidan İlqar