Modern.az

Gürcüstanın Baş naziri Zakir Həsənovu qəbul edib

Gürcüstanın Baş naziri Zakir Həsənovu qəbul edib

Aktual

4 Oktyabr 2021, 15:24

Azərbaycan-Gürcüstan-Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanda səfərdədir.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, əvvəlcə Tbilisi şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə əklil qoyularaq xatirəsi hörmət və ehtiramla yad edilib.

 

Sonra Müdafiə naziri general-polkovnik Z.Həsənov Gürcüstanın Baş naziri cənab İrakli Qaribaşvili ilə görüşüb.

 

Görüşdə tərəflər hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı