Modern.az

Kürdə batan kişinin meyiti tapıldı

Kürdə batan kişinin meyiti tapıldı

Aktual

4 Oktyabr 2021, 16:44

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində aşkar edilən kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

 

Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 1991-ci il təvəllüdlü Musayev Mehdi Nazim oğlunun meyiti çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı