Modern.az

“Həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətlər qururuq” - İran rəsmisi

“Həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətlər qururuq” - İran rəsmisi

Aktual

4 Oktyabr 2021, 17:33

İran İrəvan və Bakı ilə yaxşı münasibətlər saxlayır. Modern.az xəbər verir ki, bu barədə bazar ertəsi İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə İRNA Agentliyinə bildirib.

"Ermənistanın xarici işlər nazirinin ikitərəfli əlaqələri inkişaf etdirmək üçün Tehrana səfəri əvvəlcədən planlaşdırılmışdı", - Xatibzadə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın İrana səfərini şərh edərkən bildirib.

Xatibzadə onu da deyib ki, Ermənistan XİN rəhbəri ilə siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində İrəvanla ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.

"Həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətlər qururuq" deyən Səid Xatibzadə İranın heç bir başqa ölkənin maraqlarını təhdid etmədiyini söyləyib.

Xatırladaq ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirildiyi kimi, xarici işlər naziri Ararat Mirzoyan İrana işgüzar səfər edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı