Modern.az

Bakıda yeni marşrut xətti yaradıldı

Bakıda yeni marşrut xətti yaradıldı

Aktual

4 Oktyabr 2021, 18:54

Pirəkəşkül, Yeni qəsəbə, Müşfiqabad və 28 May qəsəbələrində sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə 115 nömrəli qəsəbələrarası yeni müntəzəm marşrut xətti təşkil edilib.

 

Bakı Nəqliyyat Agentliyindən Modern.az-a verilən məlumata görə, 05.10.2021-ci il tarixdən fəaliyyətə başlayacaq marşrut xətti üzrə avtobuslar başlanğıc məntəqəsi Bakı-Şamaxı şosesi (Sulutəpə qəsəbəsi, körpü), son dayanacaq məntəqəsi Bakı-Şamaxı şosesi (Pirəkəşkül qəsəbəsi) olmaqla hərəkət edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı