Modern.az

Güləşçimiz dünya çempionatında uduzdu

Güləşçimiz dünya çempionatında uduzdu

Aktual

4 Oktyabr 2021, 19:08

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

 

Modern.az xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda Polşa təmsilçisi Məhəmmədmurad Hacıyevlə qarşılaşıb.

 

Rəqibinə 2:4 hesabı ilə uduzan Bayramov bürünc medal uğrunda güləşəcək.

 

97 kq-dakı İslam İlyasov isə yarışı medalsız başa vurub. Buna onun 1/8 finalda uduzduğu belaruslu Aleksandr Xuştinin finala çıxa bilməməsi səbəb olub. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...