“Facebook” şirkəti genişmiqyaslı kəsilmədən sonra bütün tətbiq və xidmətlərinə girişi bərpa edib.
Modern.az xəbər verir ki, şirkət bununla bağlı açıqlama yayıb. Açıqlamada deyilir:
“Bizə güvənən hər kəsdən üzr istəyirik. Tətbiqlərimizə və xidmətlərimizə girişi bərpa etmək üçün çox çalışdıq. Səbriniz üçün təşəkkür edirik".
***
21:46
İstifadəçilər “Twitter” sosial şəbəkəsinə, “Google” axtarış sisteminə və “Amazon” platformasına, "TikTok" tətbiqinə daxil olmaqda problem yaşayırlar.
Modern.az xəbər verir ki, bu barədə Downdetector xidməti məlumat yayıb.
Bildirilir ki, istifadəçilər adıçəkilən sosial şəbəkələrdə yaranmış problemdən sonra “Telegram”a üz tutublar. Kütləvi axın fonunda “Telegram”da da zənglər əlçatmaz olub və platformanın sürəti zəifləyib.
***
21:15
“Facebook”, “Instagram” və “WhatsApp” tətbiqlərinə girişdə problem yaşanması ilə bağlı sosial şəbəkələr birgə açıqlama yayıb.
Modern.az-ın məlumatına görə, açıqlamada deyilir:
“İstifadəçilərimizin tətbiqlərimizə daxil olmaqda problem yaşadıqlarının fərqindəyik. Problemi ən qısa zamanda həll etmək üçün çalışırıq".
****
20:00
Bəzi ölkələrdə istifadəçilər “Facebook”, “Instagram”, “Whatsapp” tətbiqlərindən istifadə edə bilmirlər.
Modern.az xəbər verir ki, onların işində problem yaranıb.
Rusiya, Ukrayna, Almaniya və bir sıra digər Avropa ölkələrindən olan istifadəçlər də sosial şəbəkələrlə bağlı problem yaşadıqlarını bildiriblər. İstifadəçilərin 58%-i tətbiqlərə girişlə, 24% -i mesaj göndərməklə, 19%-i əlaqənin kəsilməsi ilə əlaqədar problemlərlə üzləşdiyini bildirir.
Problemin səbəbi açıqlanmayıb.


