Modern.az

Ər 22 yaşlı arvadını ÖLDÜRDÜ

Ər 22 yaşlı arvadını ÖLDÜRDÜ

Aktual

8 Oktyabr 2021, 09:12

Oktyabrın 7-si saat 11 radələrində Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində kirayədə yaşayan 1999-cu il təvəllüdlü İnci Umarovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Abşeron rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri 1991-ci il təvəllüdlü Sənan Umarovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İnci Umarovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

 

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sənan Umarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!