Modern.az

Qazimiz protezlə təmin olunub

Qazimiz protezlə təmin olunub

Aktual

8 Oktyabr 2021, 14:13

Prezident İlham Əliyevin tapşırığı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qazilərin son nəsil müasir protezlərlə təminatı işləri davam etdirilir.

 

Modern.az xəbər verir ki, Vətən müharibəsində sağ ayağını itirmiş qazimiz Qiyas Tağıyev Bakı şəhərində müalicə alıb və yüksək texnologiyalı protezlə təmin olunub.

 

ŞİH başçısı Vüqar Novruzov, şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov qazi Qiyas Tağıyevi evində ziyarət edib, onun səhhəti ilə yaxından maraqlanıblar. Həmçinin icra başçısı tərəfindən qazinin övladlarına hədiyyələr təqdim olunub, eləcə də ailəyə maddi köməklik göstərilib.

 

Qiyas Tağıyev qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı