Ermənistan Avropa Şurasının sədri Şarlz Mişelin Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüş keçirmək təklifi ilə razılaşıb.
Modern.az-ın məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyi “təklif qəbul edildi. Ermənistan iştirakını təsdiqləyir”, - deyə bildirib.
Dünən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bəyan edib ki, Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyev dekabrın 15-də Brüsseldə Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüş keçirmək barədə razılığa gəliblər.
Daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti rəsmi Bakının 15 dekabr görüşünə razılıq verdiyini bəyan edib.