Modern.az

Berdiməhəmmədov üçtərəfli zirvə görüşündən DANIŞDI

Berdiməhəmmədov üçtərəfli zirvə görüşündən DANIŞDI

Aktual

21 Noyabr 2021, 00:22

“Bu format yaradılıb və mən əminəm ki, bu, üç qardaş dövlətin və xalqın uzunmüddətli maraqlarına cavab verir, ona görə də böyük tələbat var və tam şəkildə həyata keçiriləcək”.

 

Modern.az xəbər verir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov “TRT World” telekanalına müsahibəsi zamanı Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli zirvə toplantısı ilə bağlı sualı cavablandırarkən deyib.

 

O qeyd edib ki, hazırda Türkmənistan, Azərbaycan və Türkiyə liderləri arasında əlaqələrin səviyyəsi siyasi, iqtisadi, ticarət və humanitar sahələrdə üçtərəfli əməkdaşlığı inamla və səmərəli şəkildə inkişaf etdirməyə və təkmilləşdirməyə imkan verir.

 

“Ölkələrimiz qlobal sülhün, sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması və möhkəmləndirilməsi üçün birgə səylər göstərir, regional məsələlər üzrə konstruktiv tərəfdaşlıq və qarşılıqlı anlaşma prinsiplərini ardıcıl və qətiyyətlə təbliğ edirlər.

 

Türkmənistan, Azərbaycan və Türkiyənin yanaşmaları Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionlarının inkişafına müsbət təsir göstərir. Bu, yuxarıda qeyd olunan regionların Avrasiyanın bu hissəsində uzunmüddətli sabitliyin möhkəm təməlinə çevrilməsinə töhfə verir.

 

Ticarət-iqtisadi əlaqələr müntəzəm olaraq, qarşılıqlı faydalı və bərabərhüquqlu əsaslarla inkişaf edir. Üç dövlətin potensialının cəmləşməsi, ümumi resurslardan, coğrafi, sənaye və texnoloji imkanlardan istifadə edilməsi milli iqtisadiyyatın inkişafına güclü təkan verməklə yanaşı, həm də onun geoiqtisadi struktura töhfə ola biləcəyini, Avrasiya məkanında yeni yaradıcı məna və perspektivlər verə biləcəyini təsdiq edir.

 

Söhbət ilk növbədə enerji, nəqliyyat, rabitə kimi strateji sahələrdən gedir. Əminəm ki, Türkmənistan, Azərbaycan və Türkiyə Şərq-Qərb istiqamətində etibarlı nəqliyyat və enerji körpüsünün formalaşmasında qabaqcıl və fəal mövqe tuturlar. Ümid edirik ki, Türkmənistan, Azərbaycan və Türkiyə prezidentlərinin məlum səbəblərdən təxirə salınan görüşü yaxın vaxtlarda keçiriləcək.

 

Üç qardaş dövlət arasında münasibətlərin tarixində parlaq səhifə açacaq bu görüş əməkdaşlığımızın daha da yaxşılaşmasına və zənginləşməsinə, onun yeni istiqamətlərə qədəm qoymasına töhfə verəcək, Türkmənistanın, Azərbaycan-Türkmənistanın xalqlarının həmrəyliyinin və birliyinin daha bir sübutu olacaq”, - deyə Türkmənistan lideri bildirib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?