Modern.az

Güləşçimiz erməniyə qalib GƏLDİ

Güləşçimiz erməniyə qalib GƏLDİ

Aktual

22 Noyabr 2021, 23:44

Fransada klublararası güləş çempionatı start götürüb.

 

Modern.az xəbər verir ki, ilk turda Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasovun çıxış etdiyi "Şiltgem" komandası "Mets"lə üz-üzə gəlib.

 

87 kq çəki dərəcəsində mübarizə aparan idmançı 2 görüş keçirib. Əvvəlcə fransalı Salamon Entoni üzərində 8:0 hesablı qələbə qazanan Abbasov daha sonra erməni güləşçi Edqar Xaçatryanı məğlub edib - 6:3. Onun komandası yekunda 7:3 hesablı qələbə ilə ilk turu başa vurub.

 

Qeyd edək ki, Fransa çempionatı dekabrın sonunadək davam edəcək.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?