Modern.az

Tramp qara kəmər aldı - FOTO

Tramp qara kəmər aldı - FOTO

Aktual

23 Noyabr 2021, 08:09

ABŞ-da səfərdə olan Dünya Taekvondo Federasiyasının prezidenti Li Donq Seop Floridada ABŞ-ın sabiq Prezidenti Donald Trampla görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə Donald Trampa taekvando üzrə 9-cu dan qara kəmər və döyüş sənəti kostyumu hədiyyə edilib.

 

“Eşitdim ki, Donald Tramp taekvondo ilə çox maraqlanır” – deyə Dünya Taekvondo Federasiyasının prezidenti qeyd edib.

 

Donald Tramp isə öz növbəsində bildirib ki, əgər seçiciləri ona etimad göstərərsə ABŞ Konqresində taekvando kostyumu geyinəcək.

 

“Bizim dövrümüzdə taekvondo özünü müdafiə etmək üçün əla döyüş sənətidir”, - deyə D. Tramp vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?