Modern.az

Daha 11 nəfərə toy CƏRİMƏSİ

Daha 11 nəfərə toy CƏRİMƏSİ

Aktual

23 Noyabr 2021, 10:31

Noyabrın 19-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 179 toy şənliyinin monitorinqini həyata keçirib.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, monitorinq 171 şadlıq sarayında, 8 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

 

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 11 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 143 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?