Modern.az

ABB-dən ədliyyə işçilərinə özəl kredit

ABB-dən ədliyyə işçilərinə özəl kredit

Aktual

23 Noyabr 2021, 10:55

ABB 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı gününə özəl olaraq yeni kampaniyaya start verib. Bankın əməkhaqqı kartı sahibi olan ədliyyə işçiləri 3 dekabr tarixinə qədər nağd pul kreditini indi ABB-dən minimum 15%, maksimum 18%-lik illik faiz dərəcəsi ilə əldə edə bilər.

 

Kreditin şərtləri:   

Məbləğ - 35 000 manatadək

Müddət - 60 ayadək

Komissiya – 0% 

İllik faiz dərəcəsi – minimum 15%, maksimum 18%

Zaminsiz

1000 manatlıq TamKart kredit kartı hədiyyə 

 

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə Bankın filiallarına yaxınlaşmaq kifayətdir. Müştəri Bankın saytı vasitəsilə əvvəlcədən Randevu götürərək filiallarda krediti növbə gözləmədən əldə edə bilər. ABB-nin əməkhaqqı kart sahibləri krediti Banka gəlmədən ABB Mobile tətbiqi ilə onlayn şəkildə də əldə edə bilərlər. Kredit alan hər kəsə TamKart da hədiyyə edilir.

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?