Modern.az

Reperin anası ilə bağlı ARAŞDIRMA aparılır

Reperin anası ilə bağlı ARAŞDIRMA aparılır

Aktual

23 Noyabr 2021, 12:15

Tanınmış reper Pərviz İsaqovun (Promete) küləyin təsirindən anasının üzərinə ağac düşməsi və ayağının amputasiya edilməsi faktı araşdırılır.

 

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

 

Qeyd edilib ki, vətəndaş Pərviz İsaqovun anası Pərvanə İsaqovanın 10 noyabr 2021-ci ildə Yasamal rayonu, Mirəli Seyidov küçəsi 60 ünvanın yaxınlığında olarkən ağacın küləkliyin təsirindən qırılaraq üzərinə düşməsi və sonuncunun aldığı xəsarətlər nəticəsində sol ayağının amputasiya edilməsi barədə müraciət əsasında Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı