Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında su problemləri ilə bağlı sualları cavablandırıb.
Modern.az-ın xəbərinə görə, nazir qeyd edib ki, bir çox yerlərdə suvarma sisteminin məsələsi qaldırılır:
"İqlim dəyişiklikləri və temperatur bu məsələyə təsir edir. Son illərdə ölkəmizdə suya təlabat artıb. Bir çox proseslərə müdaxilə etmək imkanımız yoxdur, bu iqlim dəyişikliklərilə bağlı məsələdir. Ancaq su ehtiyatları ilə bağlı komissiya yaradılıb. Son həftələr müşahidə edilən yağıntılar su ehtiyatlarının artmasına gətirib çıxarıb. Amma yenə də su ehtiyatlarında gərgin vəziyyət qalmaqdadır".