Modern.az

Xocavənddə bir erməni hərbçilərimizin nəzarətindəki əraziyə keçib

Xocavənddə bir erməni hərbçilərimizin nəzarətindəki əraziyə keçib

Aktual

23 Noyabr 2021, 17:00

Qarabağda erməni milliyətindən olan bir şəxs azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə keçib.


Modern.az
xəbər verir ki, bu barədə Ermənistan KİV-i Qarabağdakı separatçılara istinadən məlumat yayıb.

Bildirilir ki, noyabrın 23-də səhər tezdən Xocavənd rayonunun Aşan kənd sakini, 2000-ci il təvəllüdlü M.M. yolu azıb.

Sonradan məlum olub ki, Qarabağ ermənisi Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə keçib.


Hadisə ilə bağlı Rusiya sülhməramlılarına məlumat verilib. M.M-nin geri qaytarılması üçün danışıqlar aparılır.

Həmin şəxsin diversant ola biləcəyi ehtimalı da var. Mümkündür ki, erməni tərəfi onu mülki şəxs kimi təqdim edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!