Modern.az

Türkiyəli nazir Azərbaycana gəlir

Türkiyəli nazir Azərbaycana gəlir

Aktual

23 Noyabr 2021, 18:10

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy noyabrın 24-də Azərbaycana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, səfər çərçivəsində nazir dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş forumda iştirak edəcək.

 

 

Qeyd edək ki, Forumda 15 xarici ölkədən 40-dan çox elm adamı və mütəxəssislərin, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələrinin iştirakı nəzərdə tutulur. Bundan başqa türkiyəli nazir və onunla birgə Azərbaycana səfər edən heyət Bakıdakı Daş Salnamə Muzeyi ilə tanış olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!