Modern.az

"Müdafiə nazirləri səviyyəsində əlaqə  yaradılıb" - Paşinyan

Aktual

23 Noyabr 2021, 21:14

Ermənistan və Azərbaycan müdafiə nazirləri səviyyəsində birbaşa operativ əlaqə yaradıblar.

 

Modern.az xəbər ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

 

“Avropa İttifaqının nümayəndələri ilə görüşdə daha bir təşəbbüs ortaya atıldı. Söhbət 2 ölkənin müdafiə nazirləri arasında birbaşa rabitənin yaradılmasından gedir. Məqsəd insidentlərin qarşısını almaqdır”, - deyə Paşinyan əlavə edib.

 

“Deyə bilərəm ki, artıq əlaqə yaranıb. Mən bunu yüksək qiymətləndirirəm. Bu çox vacibdir”, - deyə Ermənistanın Baş naziri vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar