Modern.az

"Demarkasiya və delimitasiya üzrə komissiya yaradıla bilər" - Paşinyan

"Demarkasiya və delimitasiya üzrə komissiya yaradıla bilər" - Paşinyan

Aktual

23 Noyabr 2021, 23:07

Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiyası üzrə komissiya yaratmaq haqqında sənəd imzalana bilər.

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

 

“Suallardan belə başa düşdüm ki, sərhədlərin demarkasiya və delimitasiyasının nəticələrinə dair sənədin imzalanması təəssüratı yaranıb. Əsla belə deyil. Ermənistan və Azərbaycanın imzalaya biləcəyi potensial sənəd sərhədlərin demarkasiya və delimitasiyası üzrə komissiya yaratmaq haqqında ola bilər”, - deyə Baş nazir qeyd edib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Zelenski tarix açıqladı - Müharibə dayandırılır? - Gündəm Masada