Modern.az

Son sutkada 55 nəfər TUTULUB

Son sutkada 55 nəfər TUTULUB

Aktual

24 Noyabr 2021, 09:47

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 51 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 82 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 69 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

 

Rəsmi məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi