Modern.az

Qadını fotosu ilə şantaj etdi - TUTULDU

Qadını fotosu ilə şantaj etdi - TUTULDU

Aktual

24 Noyabr 2021, 11:24

Şirvan Şəhər Polis Şöbəsinə müraciət edən 26 yaşlı qadın sosial şəbəkələrdə tanış olduğu Fərhad adlı şəxsin onun fotolarını virtual məkanda paylaşacağı ilə hədələyib pul tələb etməsini bildirib.

 

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, müraciətlə əlaqədar ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində AR Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə şübhəli bilinən Bakı şəhər sakini, 25 yaşlı Fərhad Kazımov şəhər ərazisində saxlanılaraq istintaqa təqdim olunub.

Araşdırmalar zamanı məlum olub ki, F.Kazımov tanış olduğu qadından müxtəlif vaxtlarda barəsində   rüsvayedici məlumatlar paylaşacağı hədəsi ilə 635 manat pul alıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi