Modern.az

Ruslar Şuşa ətrafındakı erməni qəbiristanlığını minalardan təmizləyir

Ruslar Şuşa ətrafındakı erməni qəbiristanlığını minalardan təmizləyir

Aktual

24 Noyabr 2021, 11:48

Rusiya sülhməramlı kontingentinin hərbçiləri Şuşa rayonu ərazisindəki erməni qəbiristanlığının ətrafını minalardan təmizləməyə başlayıblar.

Modern.az Ermənistan KİV-nə istinadən məlumatına görə, Rusiya sülhməramlılarının hər gün Şuşa ətrafında kənd təsərrüfatı təyinatlı torpaqların və mal-qaranın otarılması üçün nəzərdə tutulmuş ərazilərin təmizlənməsi tapşırıqlarını yerinə yetirdiyi bildirilir.


Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Pyotr Parşikov bildirib ki, Şuşa rayonunakı erməni qəbiristanlığının 1,5 hektar ərazisi təmizlənib. Minatəmizləmə zamanı 5 partlayıcı aşkar edilib.

Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin minatəmizləmə bölmələri 2300 hektardan çox ərazini partlayıcı maddələrdən, həmçinin 683 km yolu, 2000-ə yaxın binanı təmizləyib, ümumilikdə 26000-dən çox sursat zərərsizləşdirilib.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı