Modern.az

Komitə sədri 11 yaşda ana olan qızın son durumunu açıqladı

Komitə sədri 11 yaşda ana olan qızın son durumunu açıqladı

Aktual

24 Noyabr 2021, 13:54

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İmişlidə atalığı tərəfindən zorlanan 11 yaşlı qızın son durumunu açıqlayıb.

 

Modern.az xəbərinə görə, Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib ki, həmin qız davamlı şəkildə həm fiziki, həm də mənəvi travmalara məruz qalıb.

 

O qeyd edib ki, həmin travmalar onun psixoloji durumunda ciddi izlər buraxıb:

 

"Hazırda Dövlət Komitəsinin və aidiyyəti qurumların dəstəyi ilə onun müalicəsi davam edir. Qız və ailəsi fərdi terapiyadan qrup terapiyasına keçiblər. Vəziyyətlərində müəyyən qədər yaxşılaşma hiss olunur. Onların yenə də psixoloji yardıma ehtiyacı var".

 

Komitə sədri vurğulayıb ki, vəziyyət nəzərə alınaraq, qız həftədə 3 dəfə müəssisə daxilində təhsilə cəlb olunub:

 

"Terapiya başa çatdıqdan sonrakı durum bizə hansı addımların atılmalı olduğunu göstərəcək. Bundan sonra istəsə öz ailəsinə və ya oxuduğu məktəbə qayıda bilər. Məqsədəuyğun olmasa təhsilini digər məktəbdə davam etdirəcək. Ailənin bugünə qədər olduğu mühitdən tamam ayrı mühitdə yaşamasına çalışacağıq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi