Modern.az

Naxçıvanda yeni müəssisə YARADILDI

Naxçıvanda yeni müəssisə YARADILDI

Aktual

24 Noyabr 2021, 15:26

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 24-də “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalayıb.

 

Modern.az-ın məlumatına görə, Sərəncama əsasən, “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. 

 

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

 

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi aidiyyəti dövlət orqanları ilə birlikdə “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin təşkili üçün zəruri tədbirlər görəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi