Modern.az

Sülh mesajının dünyaya çatdırılması əsas məqsədimizdir

Sülh mesajının dünyaya çatdırılması əsas məqsədimizdir

Aktual

24 Noyabr 2021, 16:18

"Biz bu gün daha çox postmünaqişə dövründən danışsaq da əvvəlki cinayətlərə də düzgün qiymət verilməsi məsələsini diqqətdə saxlamalıyıq. Belə məsələlərdən biri də tarixi abidələrimizin dağıdılmasıdır".

 

Modern.az-ın məlumatına görə, bunu "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" mövzusunda konfransda xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib:

 

"Bizim hazırda hədəfimiz işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin qısa zamanda tamamlanmasıdır. Ötən ildən etibarən bu istiqamətdə işlər başlanıb".

 

O bildirib ki, bu gün Azərbaycan azad olunmuş ərazilərdə məscidlərin açılması, abidələrin bərpası ilə sülh mesajı veirir:

 

"Bildiyiniz kimi, Ağdamda Cümə məscidinin bərpası prosesi gedir. Postmünaqişə dövründə mədəni abidələrin bərpası və sülh mesajının dünyaya çatdırılması əsas məqsədimizdir."

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi