Modern.az

Putinin nümayəndəsi Bakıdan İrəvana getdi

Putinin nümayəndəsi Bakıdan İrəvana getdi

Aktual

24 Noyabr 2021, 17:30

Rusiya baş nazirinin müavini Aleksey Overçuk Bakıdan İrəvana gedib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatl məlumat yayıb.

Onu hava limanında baş nazirin müavini Mher Qriqoryan qarşılayıb. Onlar birlikdə baş nazir Nikol Paşinyanla görüşə gediblər.

Görüşdə Qarabağ üzrə üçtərəfli işçi qrupunun fəaliyyəti, xüsusilə Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlər müzakirə olunacaq.


Axşam saatlarında Overçuk Ermənistan paytaxtını tərk edəcək.

Bu gün Overçuk Bakıda prezident İlham Əliyevlə də görüşüb.

Xatırladaq ki, noyabrın 26-da Rusiyanın Soçi şəhərində prezidentlər Vladimir Putin, İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı