Modern.az

Putin və Mişel Qarabağı müzakirə etdi

Putin və Mişel Qarabağı müzakirə etdi

Aktual

24 Noyabr 2021, 21:01

Rusiya Prezidenti Vladimir Putinlə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Telefon danışığı zamanı Vladimir Putin Şarl Mişelin xahişi ilə Qarabağ üzrə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlərin müddəalarının həyata keçirilməsi, bölgədə dinc həyatın bərqərar olunması, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində atılan addımlar barədə məlumat verib.

 

Sözügedən məsələlərin Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 26-da Soçidə keçiriləcək görüşündə müzakirəsi planlaşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir