Modern.az

Türkiyə-BƏƏ münasibətlərində normallaşma

Türkiyə-BƏƏ münasibətlərində normallaşma

Aktual

24 Noyabr 2021, 21:46

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) faktiki lideri hesab edilən Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl Nəhyan (MBZ) prezident Rəcəb Tayyib Ərdoğanla rəsmi danışıqlar aparmaq üçün Ankaraya gəlib.

 

Modern.az “Anadolu“ agentiyinə istinadən xəbər verir ki, Ərdoğanın dəvəti ilə həyata keçirilən səfər zamanı BƏƏ-nin Türkiyəyə birbaşa investisiyaları əhatə edən bir sıra mühüm sazişlər imzalanacağı qeyd olunur.

 

Yaxın vaxtlara qədər beynəlxalq arenada və bir çox regional məsələlərdə bir-birini “düşmənçilik”də ittiham edəcək dərəcədə münasiətləri pozulan Türkiyə və BƏƏ son aylarda normallaşma səylərini sürətləndirib.

 

Türkiyə ilə BƏƏ arasında normallaşma səyləri 2020-ci ilin sonunda başlayıb. BƏƏ və Səudiyyə Ərəbistanının 2017-ci ildən Türkiyənin ən mühüm regional müttəfiqlərindən biri olan Qətərə tətbiq etdiyi embarqonun sona çatması bu ölkələrin Ankara ilə ağrılı münasibətlərini bərpa etmək fürsəti yaradıb. Ankara 2021-ci ilin əvvəlindən BƏƏ, Misir və İsraillə münasibətləri bərpa etmək üçün səylərini davam etdirir.

 

Təəccüblüdür ki, bu 3 ölkə arasında ən sürətli və nəzərəçarpacaq irəliləyiş BƏƏ-də olub. Qardaşı, milli təhlükəsizlik müşaviri Şeyx Təhnun bin Zayed əl Nəhyanı avqust ayında prezident Ərdoğanla görüşmək üçün Ankaraya göndərən MBZ bu gün şəxsən Türkiyədə rəsmi danışıqlar aparır.

 

Ankara və Əbu Dabidən verilən qısa açıqlamalarda Ərdoğan-MBZ görüşündə ikitərəfli münasibətlərin bütün ölçüləri ilə nəzərdən keçiriləcəyi və əməkdaşlığın inkişafı üçün atılacaq addımların müzakirə ediləcəyi açıqlanıb. Həmçinin qeyd olunub ki, tərəflər aktual regional və beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparacaqlar.

 

Avqust ayında keçirilən görüşlərdə Türkiyə-BƏƏ münasibətlərinin normallaşması prosesində iqtisadi əlaqələrin prioritetləşdirilməsi qərara alınıb və bu, rəsmi açıqlamalarda öz əksini tapıb. MBZ-nin səfərindən bir gün əvvəl tərəflərin qarşılıqlı sərmayə və ticarətin artırılmasına yönəlmiş qarışıq iqtisadi komissiya razılaşması əldə etməsi diqqət çəkib.

 

MBZ-nin bu ilk səfəri BƏƏ-dən Türkiyəyə son illərdə ən yüksək səviyyədə ilk səfər olduğu üçün tarixi xarakter daşıyır. Türkiyə ilə BƏƏ arasında sonuncu rəsmi səfərlər 2016-cı ildə xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Şeyx Abdullah bin Zayed əl Nəhyanın qarşılıqlı səfərləri zamanı baş tutub.

 

Görüşdən sonra, BƏƏ-nin Türkiyəyə milyardlarla dollar investisiya yatıracağı barədə məlumat yayılıb.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir