Modern.az

Fərid Qayıbov medal qazanmış boksçularla görüşdü

Fərid Qayıbov medal qazanmış boksçularla görüşdü

Aktual

24 Noyabr 2021, 22:05

Gənclər və idman naziri Fərid Qayıbov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında uğurla çıxış etmiş Azərbaycan boksçuları ilə görüşüb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, F.Qayıbov dünya çempionu Alfonso Dominges (86 kq), bürünc mükafatçılar Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayevi (+92 kq) növbəti uğurları münasibətilə təbrik edib, onlara qarşıdakı yarışlarda qələbələr arzulayıb.

 

Görüşdə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov, baş katib Nağı Səfərov və yığma komandanın böyük məşqçisi Nəriman Abdullayev də iştirak ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...