Modern.az

Qırğızıstandan Rusiyaya hərbi sistem satışı

Qırğızıstandan Rusiyaya hərbi sistem satışı

Aktual

25 Noyabr 2021, 00:44

Qırğızıstan Rusiya donanmasına 5,4 milyon dollarlıq hərbi məhsullar ixrac edəcək.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bununla bağlı Qırğızıstanın "Dastan" şirkəti ilə “Rosoboroneksport” arasında müqavilə imzalanıb.

 

Müqavilədə Rusiya hərbi gəmiləri üçün 54 texniki modulun tədarükü nəzərdə tutulur. Məlumata görə, sistemlər tezliklə Qırğızıstandan Rusiya zavodlarından birinə gətiriləcək.

 

“Dastan” bildirib ki, bu saziş ölkənin hərbi şirkətləri ilə Rusiya müəssisələri arasında iqtisadi əlaqələrin bərpasının başlanğıcı olacaq.

 

“Dastan” 1956-cı ildə yaradılıb, SSRİ dağılandan sonra Qırğızıstanda müdafiə təyinatlı sistemlər istehsal edən yeganə müəssisədir. Sovet dövründə şirkət dəniz torpedolarının istehsalı ilə məşğul idi. “Dastan”da ildə 400-ə qədər torpedo istehsal olunurdu, lakin hazırda müştəri çatışmazlığı səbəbindən bu həcmlər 10-20 dəfə azalıb. 

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir