Modern.az

Bu gün “Qarabağ” “Omoniya” ilə qarşılaşacaq

Bu gün “Qarabağ” “Omoniya” ilə qarşılaşacaq

Aktual

25 Noyabr 2021, 08:20

Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin növbəti turunun oyunları keçiriləcək.

 

Modern.az xəbər verir ki, avrokuboklarda yeganə təmsilçimiz “Qarabağ” da növbəti matçına çıxacaq.

 

Qurban Qurbanovun komandası doğma azarkeşlər önündə Kiprin “Omoniya” klubunu qəbul edəcək.

 

Qarşılaşma Bakı vaxtı ilə 21:45-də start götürəcək. Qrupun digər matçı isə saat 19:30-da Qazaxıstanda “Kayrat” və “Bazel” komandaları arasında baş tutacaq. İsveçrə təmsilçisi Qazaxıstanda xal itirsə, “Qarabağ” da qələbə qazansa, bu zaman təmsilçimiz qrupda 1-ci yeri təmin edəcək ki, bu da 1/8 finala vəsiqə deməkdir.

 

Avropa Konfrans Liqası
Qrup mərhələsi, V tur


25 noyabr

 

21:45. “Qarabağ” (Azərbaycan) – “Omoniya” (Kipr)

 

Baş hakim: Morten Krox (Danimarka)
Tofiq Bəhramov adına Respublika stadionu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir