Böyük Şor qovşağından başlayaraq 20 Yanvar dairəsi istiqamətində Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Bakı Nəqliyyat Agentliyindən Modern.az-a verilən məlumata görə, sıxlıq Z.Bünyadov prospektində yük avtomobillərinin iştirakı ilə baş verən yol nəqliyyat hadisəsi səbəbindən yaranıb.
Sıxlıq bu istiqamətdə müntəzəm marşrut xətləri üzrə avtobusların da intervalında ləngimələrə səbəb olub.

